“Caz və Şərab Festivalı” çərçivəsində aprelin 27, 28 və 29-da planlaşdırılan axşam konsertləri təxirə salınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Qərar hava şəraitinin kəskin dəyişməsi və güclü külək səbəbindən qəbul olunub.
Bildirilib ki, həmin tarixlər üçün alınmış biletlərin dəyəri geri qaytarılacaq. Eyni zamanda biletlərin başqa tarixlərə dəyişdirilməsi də mümkün olacaq.










