“Çelsi” yeni futbolçu transfer edib

  • By admin
  • 28 Avqust 2020 15:51

İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.

 Gununsesi.info-nun məlumatına görə, London təmsilçisi braziliyalı müdafiəçi Tyaqo Silva ilə müqavilə bağlayıb.

Cənubi amerikalı ilə anlaşma 1+1 il müddətinə imzalanıb. 2012-ci ildən Fransanın PSJ klubunda çıxış edən Tyaqo yeni komandasına azad agent kimi keçib. Bir gün öncə Paris təmsilçisi müqaviləsi başa çatan futbolçu ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Silva PSJ-yə “Milan”dan 42 milyon avroya keçmişdi.

 

 

Gununsesi.info