Ceyhun Bayramov: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1999-cu ildə qoyulub. 2016-cu ildə verilən mandata əsasən, 2017-ci ildən yeni hərtərəfli saziş əsasında danışıqlara başlanılıb”.

 Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, son illər bu məsələdə durğunluq müşahidə olunurdu, amma indi sazişdən irəli gələn öhdəlikləri intensivləşdirmək üçün qarşılıqlı razılaşma əldə edildi:

“Aİ-nin regionla və Mərkəzi Asiya ilə bağlı mövqeyini də nəzərə alaraq hesab edirik ki, saziş faydalı ola bilər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşdır. 2024-cü ildə bizim ticarət dövriyyəmiz 20 milyard dollar təşkil edib”.

 

 

 Gununsesi.info