Ceyhun Bayramov Gürcüstan səfərindən yazdı

  • By admin
  • 24 Sentyabr 2020 11:29

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri barədə yazıb.

Gununsesi.info xəbər verir ki, C.Bayramov özünün “Twitter” hesabında qeyd edib ki, o, ikitərəfli strateji əlaqələrin daha da gücləndirilməsi barədə səmərəli müzakirələrin aparılacağını gözləyir.

“Biz beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmətə əsaslanaraq regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməkdə qərarlıyıq”, – deyə C.Bayramov əlavə edib.

Gununsesi.info