Çimərlikdə “Niva” sürənlər saxlanıldı – FOTOLAR

  • By admin
  • 22 İyun 2021 14:55

Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, bir neçə gün əvvəl idarə etdikləri “Niva” markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər saxlanılıblar.

Həmin maşınların sürücüləri, Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Novxanı çimərliyində "Niva" sürənlər tutuldu- FOTOLAR Novxanı çimərliyində "Niva" sürənlər tutuldu- FOTOLAR Novxanı çimərliyində "Niva" sürənlər tutuldu- FOTOLAR