Çin kosmosda “sandıq” açır: Aydan həqiqətlər üzə çıxa bilər

  • By Admin2
  • 25 Aprel 2025 13:35

Çin Milli Kosmik İdarəsi altı ölkənin alimlərinə Aydan toplanmış torpaq və qaya nümunələrinin tədqiqinə icazə verəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin Milli Kosmik İdarəsi (CNSA) ABŞ da daxil olmaqla 6 ölkənin alimlərinə Chang’e-5 missiyası tərəfindən Aydan toplanan torpaq və qaya nümunələrinin tədqiqinə icazə verəcəyini açıqlayıb.

NASA tərəfindən maliyyələşdirilən iki ABŞ agentliyi Ay nümunələrinə çıxış əldə edəcək. CNSA sədri San Jongde, nümunələrin “bütün bəşəriyyət üçün ortaq bir xəzinə” olduğunu söylədi.

Donald Trampın Avropa və xüsusilə Çinə qarşı ticarət müharibəsi fonunda Çinin bu qərarını açıqlamasının vaxtı və NASA-nın Ay nümunələrinin Çin alimləri üçün əlçatan olmaması şərh mövzusu olub.

2011-ci ildə qəbul edilmiş qanuna əsasən, Konqres tərəfindən xüsusi icazə verilmədiyi təqdirdə NASA-nın Çin və ya hər hansı Çin şirkəti ilə iş görmək qadağandır.

Chang’e-5 missiyasının geri gətirdiyi Ay nümunələrinin yarım əsr əvvəl əfsanəvi Apollon kosmik proqramının astronavtlarının Yerə gətirdiyi nümunələrdən bir milyard il gənc olduğu təxmin edilir və buna görə də böyük elmi maraq doğurur, çünki onlar Ayda geoloji proseslərlə bağlı naməlum faktları ortaya çıxara bilər.

Çinin Ay nümunələri ABŞ-dakı Braun Universiteti və Stony Brook Universitetləri, həmçinin Fransa, Almaniya, Yaponiya, Pakistan və Böyük Britaniyadakı akademik qurumlar üçün əlçatan olacaq.

Orxan

Gununsesi.info