Çin ordusunda nizam-intizamın pozulması: - Yüksək rütbəli hərbi qulluqçu vəzifəsindən azad edilib

  • Müəllif: Orxan
  • 28 Noyabr 2024 12:57

Çində orduya nəzarət edən Mərkəzi Hərbi Komissiyanın aparıcı üzvü admiral Miao Hua vəzifəsindən azad edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Miaononun “ciddi intizam pozuntularına” görə istintaq altında olduğu bildirilir.

İşdən çıxarılan Miao Hua Çin ordusuna nəzarət edən komissiyanın 5 üzvündən biri idi.

Keçmiş müdafiə naziri Li Şanqfu və onun sələfi Vey Fenqe rüşvətxorluqda ittiham edilərək işdən çıxarılıblar.

Orxan Saffari

Gununsesi.info