Çinin XİN başçısı: “ABŞ-dan qorxmuruq”

  • By admin
  • 20 Dekabr 2021 10:48

“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, bununla belə qarşılıqlı fayda verəcək və bərabərhüquqlu əməkdaşlığa da hazırdır”.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

“Biz qarşıdurmadan qorxmuruq, ancaq qarşılıqlı əməkdaşlığa həmişə cəhd göstərəcəyik. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdlr. Ancaq düşmənlikdən Çinlə yanaşı, ABŞ da ziyan görəcək”, – Van İ çinli diplomatlar üçün keçirilən simpoziumda deyib.

Onun sözlərinə görə, rəsmi Pekin bərabərhüquqlu və qarşılıqlı fayda verəcək dialoqa hazırdır: “Ümid edirik ki, ABŞ iki dövlətin liderləri arasında əldə edilən konsensusa uyğun fəaliyyət göstərəcək və öz sözünü tutacaq”.

Qeyd edək ki, bu il noyabrın 16-da ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında video-konfrans formatında görüşü olub. Onlar əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Gununsesi.info