COP29 komandası Yaponiyada Dayanıqlı İnkişaf Forumunda iştirak edib

  • By ilhame
  • 23 İyul 2024 19:25

COP29 komandası Yaponiyada keçirilən Asiya və Sakit Okean regionunun dayanıqlı inkişafı üzrə beynəlxalq forumda iştirak edib.

 

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı COP29-un “X” hesabında paylaşım edilib.

 

“Yaponiyada keçirilən Asiya və Sakit Okeanda Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forumda COP29-a sədrlik edən danışıqlar qrupu Paris Sazişinin 6-cı maddəsinə əsasən nəticələrin əldə olunması ilə bağlı öz baxışını açıqlayıb, həmçinin dayanıqlı inkişafa dəstək üçün karbon bazarlarının potensialından danışıb”, – paylaşımda bildirilib.

Gununsesi.info