COP29 sədrliyinin nümayəndələri Efiopiyada iqlim sammitində iştirak edəcəklər

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2025 14:19

COP29 sədrliyinin nümayəndələri İkinci Afrika İqlim Həftəsində (ACW2) və İkinci Afrika İqlim Sammitində (ACS2) iştirak etmək üçün Əddis-Abebaya (Efiopiya) gediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

“Sədrlik bütün istiqamətlərdə fəaliyyəti sürətləndirmək və Afrika ölkələrinə dəstək məqsədilə COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hökumət, vətəndaş cəmiyyəti və özəl sektordan olan liderlərlə qoşulacaq”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info