Dəhşətli işğəncələr verdilər, günahsızlığı təsdiqləndi -“TƏRTƏR İŞİ” NİN DAHA BİR TÜKÜRPƏDİCİ EPİZODU

  • By admin
  • 22 Aprel 2021 20:52

General-mayor Hikmət Həsənovun komandiri olduğu I korpusun tərkibində olan hərbi hissələrin birindəki kəşfiyyat bölüyünün komandiri Elmar Allahverdiyev məşhur  “Tərtər İşi”ndə ağır işğəncə alan hərbçilərdəndir.
Gununsesi.info bildirir ki,  2017-ci ilin may ayında Tərtərdə aparılan istintaq zamanı ağır işgəncələrə məruz qalan hərbçimiz başına gələn dəhşətlərdən danışıb.

Allahverdiyev danışır ki, işgəncələr zamanı qətlə yetirilən polkovnik Saleh Qafarovla üzləşməyə aparıldıqda Saleh yarı iniltili, yarı ağlayaraq özünün guya ermənilərlə intim əlaqəyə girdiyini “etiraf” edib, ondan da bunu təsdiqləməsini xahiş edib:

”Lakin polkovnik Qafarov “etiraf” etsə də, ondan əl çəkmədilər”.

İşgəncənin bütün növlərindən sonra əslən Tərtər rayonunun Qaraqapanlı kəndindən olan MAXE hərbi qulluqçu Qurban Cümşüdov Qədim oğlu polkovnikin sol tərəfdən ağzını qulağının dibinə qədər cırır, gizir Sənan Maşıyev Səxavət oğlu isə polkovniki əlləri-qolları bağlı 2-ci mərtəbədən asfaltın üstünə atır.

Ən qəribəsi isə odur ki, 16.08.2018 tarixində Saleh Qafarovun günahsız olduğu barəsində Hərbi Prokurorluq onun ailəsinə məktub göndərir.

Gununsesi.info