Gürcüstanda Yaqo Xviçianın rəhbərlik müxalif Qirçi Partiyası etiraz aksiyasına başlayacağını elan edib.
Gununsesi.info xəbər verir ki, yeni seçkilərin keçirilməsi tələbi ilə 9 noyabrda yerli vaxtla saat 19:00-da parlament binası qarşısında mitinq keçiriləcək.
“Bizi dəstəkləyin və planımıza qoşulun ki, saxta inqilab əvəzinə yeni seçkilər uğrunda mübarizəmizi davam etdirək!” – bəyanatda bildirilir.
Qeyd edək ki, partiya 3 koalisiyanın birləşdirilməsi təklifini “saxta inqilab planı” adlandırıb. (Axxar.az)
Gununsesi.info