
Tailandın Koh Tao adası yaxınlığında içərisində 22 nəfərin olduğu dalğıc qayığında yanğın baş verib. Yanğın zamanı 26 yaşlı britaniyalı turist Aleksandra Klark ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Taylandın cənubundakı Koh Tao adasının sahillərində, son illərdə şübhəli ölümlərin çox olması səbəbindən “ölüm adası” adlandırılan dalğıc qayığında yanğın baş verib.
Ötən gün yerli vaxtla saat 10:00-da baş verən yanğında 26 yaşlı britaniyalı turist Alexandra Clarke həyatını itirib.
Yanğın zamanı qayıqda olanlara ilkin tibbi yardım yaxınlıqdakı bərələr vasitəsilə göstərilib.
Tayland polis rəisi Sermphan Sirikhonq hadisə ilə bağlı bu gün verdiyi açıqlamada yanğın zamanı qayıqda 2 ekipaj üzvü, 4 dalğıc işçisi və 16 turist olmaqla 22 nəfərin olduğunu bildirib və itkin düşən ingilis turistin cəsədinin tapıldığını qeyd edib.