“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Gununsesi.info-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Komitə sədri vurğulayıb ki, qanun layihəsi komitənin payız sessiyasındakı ilk iclasında – sentyabrın 9-da müzakirə ediləcək.
Layihənin təfərrüatları hələlik açıqlanmayıb.












