Deputat Elman Məmmədov AZAL-ı sərt tənqid edib.
Gununsesi.info bildirir ki, deputat Cahangir Əsgərovun ictimai rəylə hesablaşmadığını deyib:
“Azərbaycanda AZAL deyilən bir qurum var. Bu qurum Azərbaycan xalqının, dövlətinin başına bir bəla olub. Görünür, bu quruma rəhbərlik edənlər xalqın vəziyyəti, problemləri ilə maraqlanmaq yox, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün çalışırlar. AZAL-ın təyyarə biletləri təkcə qardaş Türkiyəyə yox, bütün istiqamətlərdə bahadır. Bütün şirkətlər arasında ən baha bilet AZAL-ındır.
Deputatlarımız, vətəndaşlarımız tərəfindən bu narazılıqlar daim səsləndirilir. Bu işin öhdəsindən gəlmək, bunlara “dur” deyən lazımdır”.
Afət Abbasova
Gununsesi.info