“Padşah çılpaqdır” deməyin vaxtıdır- Bülənt Arıncdan AKP-yə sərt sözlər

Bir zamanlar Rəcəb Rayyib Ərdoğanın yaxın silahdaşlarəndan biri olan TBMM sədri Bülənt Arınc bu gün Türkiyə Demokratiya Vəqfinin iclasına qatılıb. Gununsesi.info-nun xəbərinə görə, Arınc gündəm olan bir sıra bəyanatlar səsləndirib. “Şirin su balığı siyasətçiləri var, suya sabuna dəymədən. Əlahəzrətin jurnalistləri var. Havanın, suyun aydınlığından danışırlar. Öskürmək, qışqırmaq vaxtıdır, “Padşah çılpaqdır” deməyin vaxtıdır. İgidin şərəfini Allah verir”. deyə Arınc AKP rəsmilərinin toplantıda iştirak etməməsini tənqid edib. Arınç AKP millət vəkillərinin CHP sədri Kamal Kılıçdaroğlu ilə eyni mühitdə görünməkdən qorxduğunu iddia edib:,“Belə bir fotoşəkili necə izah edə bilərəm? Onlar qorxurlar. İdeyalarına güvənən insanlar heç nədən qorxmurlar”. “Altılı Masa” haqqında da danışan Arınc müxalifətin fikirlərinə hörmətlə yanaşdığını deyib: “Mən onlar kimi düşünmürəm, amma bu fikirləri ayrı bir masada müzakirə etmək fürsətimiz olacaq. Burada olmağım Türkiyə Demokratiya Vəqfinin təsis ildönümündə iştirak etməkdir. ” Altılı Masa”ya və təmsil etdikləri ittifaqa mənim tərəfimdən hörmət edilir. Onların fikirlərinə hörmət edirəm. Onlar kimi düşünmürəm. Amma biz ayrı bir masa arxasında fikirlərim haqqında danışmaq imkanım var”.

Mayis

Gununsəsi.info