DİN hədələnən hüquq müdafiəçisinin şikayətini nəzarətə götürdü

  • By admin
  • 17 May 2021 14:35

“Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov zəng etmişdi.

Bildirdi ki, əvvəllər CM-nin 29,120-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb”.

Gununsesi.info bildirir ki,bunu insan haqları fəalı Rüfət Səfərov özünün sosial şəbəkə hesabında yazıb:

“Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verildiyini bildirdi.

Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram.

Diqqətdə saxlayan hər kəsə minnətdarlığımı ifadə edirəm.
Gununsesi.info