Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərildi

  • By admin
  • 31 May 2023 19:40

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Gununsesi.info