Kremldən Ərdoğan-Putin görüşü ilə bağlı açıqlama

  • By admin
  • 31 May 2023 19:50

“Ərdoğan və Putin üz-üzə görüşmək niyyətlərini təsdiqlədilər”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə  açıqlaması zamanı bildirib.

“Putin Ərdoğana zəng edərək onu yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edəndə iki lider gələcəkdə görüşmək niyyətlərini də təsdiqləyiblər”, – Peskov bildirib.

Görüşün vaxtı və yerinin hələ müəyən edilmədiyini bildirən Peskov, “Belə bir razılaşma var “, – ifadəsini işlədib.

Gununsesi.info