“Dövlət varidatı elan edilən müəlliflərin əsərləri çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar” -DEPUTAT

“2026-cı ilin təqdim olunan büdcə sənədini ölkənin sosial rifahı, insan kapitalının inkişafı və milli prioritetlərin reallaşdırılması baxımından yüksək qiymətləndirirəm”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

Deputat bildirib ki, büdcənin mərkəzində hər zaman insan amili dayanır.

“İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin davam etdirilməsi, iqtisadiyyat və milli təhlükəsizlik sahələrində nəzərdə tutulan tədbirlərin xüsusi əhəmiyyət daşıması vacibdir”.

Deputat həmçinin islahatların sürətləndirilməsi zərurətini qeyd edərək, dövlət varidatı elan edilən müəlliflərin əsərlərinin çoxcildlik seriya şəklində çap edilməsinin mədəniyyət üçün önəmli olduğunu, latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün əhəmiyyətini xatırladıb.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin əsərləri çoxcildlik seriya şəklində çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar.

Deputat 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün böyük hadisə olduğunu da xatırladıb.

 

 

Şəbnəm

Gununsesi.info