
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının səhhəti ilə bağlı açıqlama yayılıb.
Gununsesi.info xəbər verir ki, partiya rəhbərinin ürək qapağı uğurla dəyişdirilib.
Onun vəziyyətinin çox olduğu bildirilir. Xatırladaq ki, müayinə və tibbi qiymətləndirmələr nəticəsində 10 il əvvəl dəyişdirilmiş ürək qapağında degenerasiya aşkar edilib.
MHP-dən verilən məlumata görə, Baxçalının hazırda xəstəxanadakı otağında dincəlir və o, qısa müddətdə gündəlik həyatına qayıdacaq.
Qeyd edək ki, səhhətində ciddi problem yaşanan Baxçalı fevralın 4-də xəstəxanaya yerləşdirilmişdi.