Ehtiyatsızlıqdan sirkə içən qadın öldü

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2025 11:16

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info  xəbər verir ki, bir neçə gün əvvəl Qəbələ rayon sakini, 50 yaşlı Tünzalə Məmmədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib və zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq o, avqustun 31-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info