Eldar Həsənovun durumu məhkəmənin davam etməsinə imkan vermir - YENİDƏN DTX-nın HOSPİTALINA APARILDI

  • By admin
  • 15 Oktyabr 2021 16:38

Hazırda həbsdə olan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun səhhəti onun məhkəmə prosesinin davam etdirilməsinə imkan vermir.

Eldar Həsənovun vəkili Valeh Mehralıyevin Gununsesi.info-ya verdiyi məlumatda belə deyilir:

“Azərbaycanın sabiq Baş Prokuroru və Səfiri Eldar Həsənovun səhhətinin son 20 gündə kəskin pisləşməsi səbəbindən bu həftə keçirilməsi planlaşdırılan 2 məhkəmə iclası təxirə salınmışdır.
Eyni zamanda bu gün son 4 ayda 3-cü dəfə DTX-nın hərbi tibb hospitalına yerləşdirilmişdir. 67 yaşlı Eldar Həsənov bir neçə ağır xəstəliklərlə yanaşı artıq hipertoniyadan da əziyyət çəkir.
Qətimkan tədbirinin dəyişdirilməsi üçün verdiyimiz vəsatətlərin sayını itirsək də ümidlərimizi hələ də itirməmişik”.

 

Gununsesi.info