FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Gununsesi.info