Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı rayonunda vətəndaş qəbulu keçirəcək.

Gununsesi.info xəbər verir ki, qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq. 

 

Gununsesi.info