Ərdoğan Bakıya yola düşdü

  • Müəllif: Firuzə
  • 08 Noyabr 2025 10:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Gununsesi.info  “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Bakıda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək.

Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlərlə bağlı danışıqlar aparacağı gözlənilir.

 

Gununsesi.info