Ərdoğan Ermənistanla normallaşma prosesindən DANIŞDI

  • Müəllif: Firuzə
  • 16 Dekabr 2025 16:43

“Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar. Azərbaycanla dialoq apararkən, eyni zamanda Ermənistanla normallaşma proseslərimizi də irəlilədirik”.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında deyib.

O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq.

Gununsesi.info