“Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər”.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Nə yaxşı ki, Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi Brüsseldə mənimlə Azərbaycan Prezidenti arasında keçirlən görüdə ilə baş verib”,- Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər.
Gununsesi.info