Erməni əsgərin meyiti döyüş postunda tapıldı – Başından güllə yarası alıb

Bu gün döyüş mövqelərindən birində erməni hərbi qulluqçunun meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 14-də saat 10:25 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər Arsen Armenoviç Manukyanın (2003-cü il təvəllüdlü) başında güllə yarası olan meyiti şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postunda aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, – məlumatda deyilir.

Gununsesi.info