Ermənistada ümumrespublika tətili elan etdi: Kütləvi itaətsizlik başlayır

  • By admin
  • 19 Dekabr 2020 18:57
“Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır”.

 Gununsesi.org ” Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.
O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb: “Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.
Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.