Ermənistan Arpaçayın üzərində bənd tikəcək

  • Müəllif: Firuzə
  • 18 Sentyabr 2025 12:07

Tavuş rayonunun Açarkut (Qərbi Azərbaycanda əvvəllər Qaraqoyunlu dərəsi adlanan ərazidəki kəndlərdən biri – red.) kəndindəki Qaraxan çayının üzərində bənd tikiləcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bununla bağlı Ermənistan hökumət bu gün, sentyabrın 18-də keçirilən iclasında qərar qəbul edib.

Əsasnamədə bildirilir ki, hələ 2024-cü il avqustun 2-3-də baş nazir Nikol Paşinyanın Tavuş vilayətinə səfəri zamanı Tavuş qubernatoruna İcevan icmasının başçısı ilə birgə Qaraxan çayında bəndin tikintisi üçün 300-400 kvadratmetr sahənin ayrılması imkanını müzakirə etmək təklif edilib.

Qeyd edək ki, Qaraxan çayı Qərbi Arpaçayın əhəmiyyətli qollarından biridir.

Ermənistan Arpaçayın üzərində bənd tikəcək

 

Gununsesi.info