Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir - VİDEO / FOTO

  • By admin
  • 24 Oktyabr 2020 21:29

Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb. 

Gununsesi.info-nun təqdim etdiyi həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir.

Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları  – BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını – açıq şəkildə pozur.

Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.