Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, söhbət zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.

Qriqoryan ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanaraq regional kanalların bloklanması məsələsində Ermənistan Respublikasının mövqeyini təqdim edib. Öz növbəsində Əhmədian blokun açılması məsələsində İranın mövqeyini təsdiqləyib və İrəvanın mövqeyini dəstəklədiyini bildirib.

Ən son regional hadisələr də müzakirə edilib, regionda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulanıb.

Gununsesi.info