Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

  • Müəllif: ilhame
  • 08 May 2024 19:13

Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın bu qərarda nəzərdə tutulmuş fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək”.

 

Gununsesi.info xəbər verir ki, bunu “Aysor.am”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

 

O qeyd edib ki, Ermənistan KTMT-nin 2024-cü il büdcəsi ilə bağlı qərarın məhdud tərkibdə qəbul edilməsinə etiraz etmir.

Gununsesi.info