Ermənistandan TÜRKİYƏ QƏRARI: Uçuşlar başlayır

  • By admin
  • 01 Yanvar 2022 12:30

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır.

Gununsesi.info xəbər verir ki, Ermənistan Aviasiya İdarəsinə ölkənin “FlyOne” aviaşirkətinin İrəvan-İstanbul və İstanbul-İrəvan arasında çarter reysləri ilə bağlı müraciəti təsdiqlənib.

” “FlyOne Armenia” bu yaxınlarda həm Ermənistan, həm də Türkiyənin aviasiya idarələrinə İrəvandan İstanbula çarter reyslərinin təşkili xahişi ilə müraciət edib. Biz Ermənistanın aviasiya rəhbərliyinə razılıqlarına görə təşəkkür edirik” – “FlyOne”ın İdarə Heyətinin sədri Aram Ananyan deyib.

O, “Türkiyə bunu təsdiq edərsə, uçuşlar üçün cədvəl yaradılacaq” – deyə qeyd edib.

Ermənistan hökuməti həmçinin 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonun aradan qaldırıldığını bəyan edib.

“Türkiyə mallarının ölkəyə idxalına tətbiq edilən embarqonun uzadılmamasına qərar verildi. Son bir ildə türk mallarına qoyulan qadağanın həm müsbət, həm də mənfi iqtisadi nəticələri oldu. Müsbət təsirlərdən biri də yüngül sənaye, tikinti materialları, mebel və kənd təsərrüfatı sahələrində bir sıra startapların və ya istehsalın genişləndirilməsidir. Bununla belə, embarqonun əsas mənfi təsiri onun əks olunan inflyasiyaya əhəmiyyətli dərəcədə təsir etməsidir” – Ermənistan İqtisadiyyat Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Qeyd edək ki, hər iki ölkənin bu ay danışıqlara başlayacağı gözlənilir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin yekunları üzrə qiymətləndirmə toplantısında ilk iclasın Moskvada keçiriləcəyini bildirib.

Gununsesi.info