Əsəd Cahangir: “Fazil Mustafanın Şah İsmayılla bağlı sözlərini qəribliyə salmayın”

  • Müəllif: Orxan
  • 07 Avqust 2026 11:04

Ədəbi tənqidçi Əsəd Cahangir deputat Fazil Mustafanın Şah İsmayılla bağlı fikirlərinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Əsəd Cahangir bildirib ki, Fazil Mustafanın açıqlamalarını qeyri-adi hesab etmək və tənqid etmək əvəzinə, onun dedikləri üzərində düşünmək lazımdır.

“Fazil Mustafanın Şah İsmayılla bağlı sözlərini qəribliyə salmayın. Bir şeylər bilir ki, danışır. Trafaret danışmağa nə var? Oğul odur ki, orijinal söz desin!”, – deyə tənqidçi qeyd edib.

Əsəd Cahangir Şah İsmayılın yaratdığı dövlətin müasir dövrdə kimə xidmət etdiyi sualını da gündəmə gətirib:

“Bir həqiqət var. Şah İsmayılın yaratdığı dövlət bu gün kimə xidmət edir? Həqiqət bu sualın cavabındadır”.

Elmar

Gununsesi.info