Etibar Əliyev: "Mirəsədulla Mirqasımovu, yoxsa Hacı Şahini tanıyırsınız?"

Sabiq deputat Etibar Əliyev sosial şəbəkədə paylaşdığı növbəti statusunda Hacı Şahin Hüseynli ilə bağlı müzakirələrə münasibət bildirib.

O qeyd edib ki, Hacı Şahin tərəfdarları facebook səhifəsində təlatüm yaradıblar.

“Onların içində ziyalılığa iddialı olanlar az deyildi. Sən demə Hacı filosofluq, oratorluq, alimlik, müdriklik mərtəbəsinə çatıbmış. Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun. Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu?

Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan sayda adamlar tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir.

Mən mərhum Mirəsədulla Mir Ələsgəroğlunun adını elə-belə çəkmədim. Bu şəxsiyyət inanclı ailədə dünyada göz açıb. Onları heç bir qüvvə inancdan məhrum edə bilməyib.

Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının birinci prezidenti və Azərbaycanın tibb üzrə ilk elmlər doktoru elmi dərəcəsini qazanmış nəhəng həkimidir”.

 

 

Gununsesi.info