IV Şuşa Qlobal Media Forumu başlayır

Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır.

Gununsesi.info  xəbər verir ki, ikigünkük tədbir “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunur.

Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaq.

Gununsesi.info