Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
“Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib”, – məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib (APA).
***
Gəncədə kütləvi zəhərlənmə olub.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.
Belə ki, yas yerində 7 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə zəhərlənənlərin arasında azyaşlılarda var. Hadisə ilə bağlı araşdırma aparılır (APA).










