İran dron istehsalını üçqat artırıb

ABŞ və İsrail ilə son hərbi münaqişə zamanı ölkənin dron istehsal gücü üç dəfə artıb.

Gununsesi.info  xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid Əbn əl-Rza deyib.

General qeyd edib ki, münaqişə İran mütəxəssislərinin və qabaqcıl texnologiyalara qoyulan investisiyaların ölkənin müdafiə potensialının gücləndirilməsində əsas rolunu nümayiş etdirib.

O, həmçinin vurğulayıb ki, hətta döyüşlərin ən qızğın dövründə belə İranın müdafiə sənayesi fasiləsiz fəaliyyətini davam etdirib və dron istehsalı əhəmiyyətli dərəcədə artıb.

Gununsesi.info