“Fənərbağça” Türkiyə Superkubokunun qalibi oldu

Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda oynanılan matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.

Bununla da “Fənərbağça” Superkubokun qalibi olub.

Gununsesi.info