FHN-in əməkdaşı dünya çempionu olub - FOTOLAR

  • By admin
  • 25 İyul 2022 13:38

14-17 iyul 2022-ci il tarixlərində Türkiyə Respublikasının Istanbul şəhərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.

Çempionatda 25 ölkədən 220-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate və Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, yanğınsöndürən çavuş İskəndər Həsənov -75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kubok, medal və diplomu təqdim olunub.

Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, 2 qat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.

25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Gununsesi.info