Sabaha olan hava proqnozu

  • By admin
  • 25 İyul 2022 13:28

Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24°, gündüz müsbət 30-32° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 20-25°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz müsbət 15-20° olacaq.

Gununsesi.info