Fikrət Məmmədov rəisi işdən çıxartdı

  • By admin
  • 20 Yanvar 2023 12:57

Gəncə 2 sayl İstintaq Təcridxanasının rəisi sərəncama götürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi,  polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub.

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.

Gununsesi.info