Maliyyə naziri maaş və pensiya artımından danışdı

  • By admin
  • 20 Yanvar 2023 13:13

“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsindən ayrılır”.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını söyləyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edən artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Bundan əlavə, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Gununsesi.info