Fransa prezidenti Azərbaycana səfərə gələcək

  • By admin
  • 24 İyul 2021 09:14

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı.

Lakin Fransanın Ermənistandakı səfiri Jonatan Lakotanın sözlərindən məlum olub ki, Makronun səfəri regional xarakter daşıyır. Fransa Prezidenti Yerevandan başqa Bakı və Tbilisidə də olacaq.

“Azadlıq” radiosunun erməni redaksiyasına verdiyi müsahibə zamanı səfir deyib ki, səfər çərçivəsində Makron regionun bütün liderləri ilə danışacaq. “Bizim bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək və Ermənistanla Azərbaycan arasında siyasi prosesə təkan vermək imkanlarımız var”, – Jonatan Lakota vurğulayıb.

Gununsesi.info