Fransanın yeni nazirlərinin adları elan olundu

  • By admin
  • 20 May 2022 19:47

Fransa hökumətində yeni nazirlərin adları açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, Yelisey sarayının baş katibi Aleksis Koler təyinatları elan edib.

Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib.

Fransanın silahlı qüvvələr naziri Sebastian Lekornyu, daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, daha öncə də Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin edilib.

Gununsesi.info