Gəncədə evdə yanğın baş verib.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin qəsəbələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 2004-cü il təvəllüdlü Gülər Nəbiyeva və 1989-cu il təvəllüdlü Nümət Mövsümov tüstüdən zəhərlənib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.









