Gədəbəydə qəza, xəsarət alanlar var

  • Müəllif: Admin08
  • 24 Sentyabr 2025 09:11

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Mercedes “markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.

Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info