Maliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində əlavə dəyər vergisinin həcmi 9 milyard 216 milyon 300 min manat proqnozlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, bu göstərici cari ilin büdcəsində nəzərdə tutulan məbləğdən 890 milyon manat çoxdur.
2025-ci ilin dövlət büdcəsində 8 milyard 326 milyon 200 min manat nəzərdə tutulub.
Əlavə Dəyər Vergisi (ƏDV) istehlakçı tərəfindən ödənilən, lakin məhsulun istehsalının hər mərhələsində yaranan əlavə dəyər üzərindən dövlətə yığılan dolayı vergi növüdür.









